Menyu

"Yuventus" yayda "Liverpul"un qapıçısı Alissonu transfer etmək istəyir

Operativ Media
"Yuventus" yayda "Liverpul"un qapıçısı Alissonu transfer etmək istəyir

"Yuventus" "Liverpul"un qapıçısı Alissonun transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, 33 yaşlı braziliyalı qolkiper Turin klubunun yay transfer pəncərəsi üçün əsas hədəfidir. "Yuventus" bu keçidi reallaşdırmaqdan ötrü ciddi xərclərə yol verməyə hazırdır.

Alisson 2018-ci ildə "Roma"dan "Liverpul"a transfer olunub. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 34 matçda meydana çıxıb, qapısında 36 qol görüb və 13 oyunu "quru" hesabla başa vurub.

Təcrübəli qapıçının "Liverpul" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər