Menyu

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Operativ Media
Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Operativ Media-a bildirilib ki, agentliyə KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnamələri “Yumo Technology” MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, “Myad Solutions” MMC-nin “Admein.az” layihəsi (taksilərdə interaktiv reklam platforması), “Mergen Aİ” MMC-nin “HAL-X” ixtisaslaşdırılmış süni intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, “Baysart” MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz Technologies” MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya (“Omnichannel”) platforması, “İnnovation Media Services” MMC-nin “İnnMedia” layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), “Devlab” MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Fotogalereya

Əlaqəli Xəbərlər