"Real"ın müdafiəçisinin zədəsinin son vəziyyəti bəlli oldu
Operativ Media
"Real Madrid"in müdafiəçisi Ferlan Mendinin zədəsinin son vəziyyəti açıqlanıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan tibbi müayinədən sonra ona sağ budun düz əzələ vətərinin zədələnməsi diaqnozu qoyulub.
Əgər Mendi əməliyyat olunarsa, onun yaşıl meydanlardan kənarda qalma müddəti beş aya qədər uzana bilər.
Mendi cari mövsümdə bütün turnirlər daxil olmaqla 9 matçda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb. Müdafiəçinin "Real" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.