Menyu

Gənc voleybolçular üçün bir aylıq təlim-məşq toplanışına start verildi

Operativ Media
Gənc voleybolçular üçün bir aylıq təlim-məşq toplanışına start verildi

Mayın 4-də Abşeron OİK-də ölkə üzrə keçirilmiş seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib.

Operativ Media xəbər verir ki, bir ay davam edəcək hazırlıq prosesinə ümumilikdə 16 idmançı cəlb olunub.

Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir. Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq proqramına uyğun olaraq, həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir.

Əlaqəli Xəbərlər