Bakıda stolüstü tennis üzrə ölkə birinciliyi keçirilir
Operativ Media
Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Operativ Media-ya verilən məlumata görə, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstərirlər.
4 gün davam edəcək birincilikdə Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.
Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net