Menyu

"Atletik Bilbao"nu növbəti mövsüm çalışdıracaq baş məşqçi bəlli oldu

Operativ Media
"Atletik Bilbao"nu növbəti mövsüm çalışdıracaq baş məşqçi bəlli oldu

Dortmundun "Borussiya" klubunun keçmiş baş məşqçisi Edin Terziç növbəti mövsümdən Bilbao "Atletik"inə rəhbərlik edəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı alman mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. Sözügedən sənəd növbəti mövsümdən qüvvəyə minəcək. Cari mövsümü isə komanda Ernesto Valverdenin rəhbərliyi altında başa vuracaq. Valverde mart ayında mövsümün sonunda klubdan ayrılacağını elan etmişdi.

Terziç "Borussiya"ya iki dəfə — 2020–2021 və 2022–2024-cü illərdə rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə dortmundlular Almaniya Kubokunu qazanıb (2020/21) və 2023/24 mövsümündə Çempionlar Liqasının finalına yüksəliblər.

İspaniya La Liqasında 34 turdan sonra "Atletik" 44 xalla səkkizinci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər