Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi - Baku Fashion Week baş tutub.
Operativ Media xəbər verir ki, tədbir yerli dizaynerlərlə yanaşı, beynəlxalq brendləri də eyni podiumda bir araya gətirərək paytaxtın moda nəbzini tutub. Moda həftəsinin açılış günü xüsusi təmtəraqla yadda qalıb. Tədbirin fəxri qonaqları sırasında Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva da iştirak edərək nümayişləri izləyiblər.
Tədbirin ən rəngarəng və dinamik nöqtələrindən biri Bizon Diamond markasının yaratdığı interaktiv zona olub. Üç gün boyunca qonaqların diqqət mərkəzində olan bu məkanda tanınmış simalar və influenserlərlə canlı müsahibələr keçirilib, brend, sənətçilər və auditoriya arasında birbaşa ünsiyyət körpüsü yaradılıb.
Proqramın ən yaddaqalan hissəsi isə dizayner Sultan Qədimbəylinin "Black to Black" adlı kolleksiyasının nümayişi olub. Bu nümayişi unikal edən amil podiuma peşəkar modellərlə yanaşı, Azərbaycanın tanınmış simalarının çıxması idi. Elnara De Birbuet, Syama Həsənova, Təranə Muradova, Tünzalə Ağayeva və Nərgiz Cəlilovanın iştirakı moda şousuna xüsusi eleqantlıq və ab-hava qatıb.
Bizon Diamond və Baku Fashion Week əməkdaşlığı bir daha sübut etdi ki, brend enerjisi moda dünyası ilə birləşdikdə qonaqlar üçün unudulmaz və fərqli bir təcrübə formalaşır. Bu əməkdaşlıq təkcə geyim nümayişi deyil, həm də stilin, enerjinin və müasir ünsiyyət formatlarının vəhdətinə çevrilib.