Menyu

Azərbaycan Qazaxıstanda keçiriləcək "Böyük Dəbilqə" turnirində 11 cüdoçu ilə təmsil olunacaq

Operativ Media
Azərbaycan Qazaxıstanda keçiriləcək "Böyük Dəbilqə" turnirində 11 cüdoçu ilə təmsil olunacaq
1 dəq oxu

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

Operativ Media xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq. İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq. 

Heyəti təqdim edirik: 

Kişilər

-66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

-73 kq

Rəşid Məmmədəliyev

-90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

-70 kq

Südabə Ağayeva

Əlaqəli Xəbərlər