Menyu

Konte rəhbərliklə fikir ayrılığına görə "Napoli"ni tərk edə bilər

Operativ Media
Konte rəhbərliklə fikir ayrılığına görə "Napoli"ni tərk edə bilər

"Napoli"nin baş məşqçisi Antonio Konte klub rəhbərliyi ilə yaranan fikir ayrılıqları səbəbindən istefa verə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Il Mattino" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, 56 yaşlı mütəxəssis klubun idman fəaliyyəti sahəsində ona tam etimad göstərilməsini tələb edir. O, "Napoli"də qalmaq istəsə də, artıq heç bir güzəştə getmək niyyətində deyil.

Qeyd edək ki, Konte 2024-cü ilin yayından "Napoli"yə rəhbərlik edir. Onun rəhbərliyi altında neapolitanlılar debüt mövsümündə A Seriyasının qalibi olub, 2025-ci ildə isə İtaliya Superkubokunu qazanıblar.

Cari mövsümdə "Napoli" 35 turdan sonra 70 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Xatırladaq ki, "İnter" daha əvvəl vaxtından əvvəl A Seriyasının çempionluğunu təmin edib.

Əlaqəli Xəbərlər