Menyu

Bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

Operativ Media
Bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

Nazirlər Kabineti "Dövlət xidmətlərinin reqlamentinin nümunəvi forması"nı, "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı"nı və "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Dövlət Xidmətlərinin Elektron Reyestrinin (DXER) "Hökumət buludu"nda yerləşdirilməsini, habelə DXER-in "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməsi tapşırılıb.

Həmçinin DXER-də formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsini təmin edilməsi tapşırılıb.

Əlaqəli Xəbərlər