İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib
Operativ Media
İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.
Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.
İcra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.