Menyu

"Benfika"nın futbolçusuna verilən cəza FIFA turnirlərinə də şamil oluna bilər

Operativ Media
"Benfika"nın futbolçusuna verilən cəza FIFA turnirlərinə də şamil oluna bilər

UEFA aprel ayında "Benfika"nın vingeri Canluka Prestiannini "Real Madrid"in hücumçusu Vinisius Juniora qarşı nümayiş etdirdiyi diskriminasiya xarakterli davranışına görə 6 oyunluq (3-ü şərti olmaqla) diskvalifikasiya edib.

Operativ Media xəbər verir ki, cəza müddətinə futbolçunun artıq buraxdığı bir qarşılaşma da daxil edilib. UEFA sanksiyaların beynəlxalq yarışlara da şamil olunması ilə bağlı FIFA-ya müraciət edib.

Hadisə fevral ayında Çempionlar Liqasının pley-off mərhələsində "Real"ın "Benfika"ya 1:0 hesabı ilə qalib gəldiyi oyunda baş verib. Oyunun ikinci hissəsində Vinisius hakim Fransua Leteksieyə rəqibinin əli ilə ağzını tutaraq onu təhqir etdiyini bildirib. Prestianni isə daha sonra irqçi ifadələr işlətdiyini təkzib edib.

Jurnalist Rob Harrisin verdiyi məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) argentinalı vingerə qarşı tətbiq edilən sanksiyaları öz bayrağı altında keçirilən turnirlərə də şamil edib.

Beləliklə, Canluka Prestianni Argentina yığmasına dəvət alacağı təqdirdə, 2026-cı il dünya çempionatının ilk iki matçını buraxa bilər. Qrup mərhələsində Argentina millisi Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) komandaları ilə qarşılaşmalıdır.

Əlaqəli Xəbərlər