Azərbaycanın U-16 millisi Litvaya məğlub oldu
Operativ Media
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
Operativ Media xəbər verir ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.
Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-16 növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net