“Brayton” və “Çelsi” Almaniyanın gənc hücumçusu uğrunda yarışır
“Çelsi” “Köln”ün hücumçusu Səid Əl Mala ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Kristian Falk məlumat yayıb.
Mənbə bildirir ki, 19 yaşlı almaniyalı futbolçu ilə “Brayton” klubu da maraqlanır. Hər iki klub sövdələşmənin baş tutması üçün 50 milyon avronun kifayət edəcəyi barədə məlumatlandırılıb. Lakin İngiltərə klubları bu məbləğlə razılaşmasa, “Köln” oyunçuya yeni müqavilə təklif etməyə hazırdır.
Əl Mala 2024-cü ilin iyul ayından “Köln”də çıxış edir və onun hazırkı müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub. Hücumçu 2025/26 mövsümündə keçirdiyi 34 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
O, 2025-ci ilin sentyabrında Almaniyanın U-21 yığmasında debüt edib. “Transfermarkt” portalı oyunçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.