Menyu

Qeyri-sabit hava şəraiti kənd təsərrüfatına 13 milyon manat ziyan vurub

Operativ Media
Qeyri-sabit hava şəraiti kənd təsərrüfatına 13 milyon manat ziyan vurub

Azərbaycanda havanın son aylar qeyri-sabit keçməsi kənd təsərrüfatına 13 milyon manat ziyan vurub.

Operativ Media xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakı Dövlət Universitetində "Risklərə qarşı aqrar sığorta çətiri" mövzusunda keçirilən forumun açılışı mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, zərərçəkmiş fermerlərdən minlərlə müraciətlər daxil olub.

“Bu ilin əvvəlindən bəri müşahidə etdiyimiz qeyri-sabit hava durumu - şaxtalar, intensiv yağıntılar bir daha göstərir ki, aqrar istehsal davamlı deyil, daimi təhdid və risk altındadır. İlin əvvəlindən 9 min hektar əkin ərazilərinə tam və yaxud qismən ziyan dəydiyi barəsində müraciətlər daxil olub. Bunun 8 min hektarı yalnız aprel ayında bizim şimal bölgələrimizdə, Quba, Xaçmaz, Şabranda baş verən sel və subasmalar nəticəsində olub. Fermerlərimiz 3 ay normal fəaliyyətini davam etdirirlər, 4-cü ay hər hansı təbiət hadisəsi baş verir və fermer kifayət qədər ciddi itkilərlə qarşılaşır. Belə təbiət hadisələri nəticəsində kənd təsərrüfatında çalışanlara və istehsala ciddi ziyan dəyir. Bu kimi hadisələrin və dəyən ziyanın təhlili onu göstərir ki, aqrar sığorta mexanizmlərinin əhəmiyyəti getdikcə artır”, - deyə Fuad Sadıqov vurğulayıb.

Əlaqəli Xəbərlər