Azərbaycan və Malayziya parlamentlərarası əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Operativ Media
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin parlamentinin Nümayəndələr Palatasının üzvü, Beynəlxalq Münasibətlər və Ticarət üzrə xüsusi seçilmiş Komitənin sədri Tuan Vonq Çenlə görüşüb.
Operativ Media xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.
"Görüşdə əsas diqqət Azərbaycan–Malayziya ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə və ticarət, investisiya, eləcə də beynəlxalq məsələlər sahəsində daha dərin əməkdaşlıq imkanlarının araşdırılmasına yönəldilib", - paylaşımda bildirilib.