Menyu

"Böyük Dəbilqə": Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayır.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.

Kişilər

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Hyonu An (Koreya)

Turan Bayramov – Matteo Piras (İtaliya)

Qadınlar

48 kq, 1/16 final

Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final

Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final

Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Əlaqəli Xəbərlər