Menyu

CBC FM 5 yaşında!

Operativ Media
CBC FM 5 yaşında!

Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - CBC FM bu gün 5 yaşını qeyd edir. 8 may 2021-ci ildə Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidildi. 

Operariv Media xəbər verir ki, CBC FM Azərbaycan, rus və erməni dillərində yayımlanır. Bu müddət ərzində yerli və xarici aparıcı ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub. 

CBC FM-in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu, o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur. 

CBC FM obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam edir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir!

Operativ Media” kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Əlaqəli Xəbərlər