Menyu

Paytaxtın nəqliyyat sistemində struktur islahatları: Əsas hədəflər və gözləntilər

Ayşən Sadıxzadə
Paytaxtın nəqliyyat sistemində struktur islahatları: Əsas hədəflər və gözləntilər

Müasir şəhərlərdə nəqliyyat sistemi artıq ayrı-ayrı xidmət sahələri üzrə deyil, vahid idarəetmə modeli əsasında formalaşdırılır. Bakı da hazırda bu istiqamətdə institusional transformasiya mərhələsinə daxil olur. Qəbul edilən qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə olunması və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Bunu da oxu: “Bakı Metropoliteni” QSC yenidən təşkil olunur

O bildirib ki, bu yenidən təşkilatlanmanın əsas hədəfi sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və vətəndaşlar üçün daha rahat nəqliyyat mühitinin formalaşdırılmasıdır:

“İlk növbədə, intermodal inteqrasiyanın güclənməsi gözlənilir. Bu, metro, avtobus və gələcəkdə tətbiq olunacaq digər rəqəmsal nəqliyyat sistemləri arasında keçidlərin daha rahat, sürətli və məntiqi şəkildə təşkil olunmasına imkan yaradacaq.

Digər mühüm məqam operativ idarəetmənin artırılmasıdır. Hərəkət intervalları, sərnişin axınının tənzimlənməsi və xüsusilə pik saatlarda yaranan yüklənmənin daha effektiv idarə olunması mümkün olacaq.

Bununla yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsi də əsas prioritetlərdən biridir. Vahid standartların tətbiqi, rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi və nəzarət sisteminin təkmilləşdirilməsi nəticəsində ictimai nəqliyyat xidmətlərinin daha müasir və səmərəli modelə keçidi təmin oluna bilər”.

Əlaqəli Xəbərlər