Menyu

BSU-da "Yeni dövrün Azərbaycanı" mövzusunda beynəlxalq elmi konfransı keçirilib

Operativ Media
BSU-da "Yeni dövrün Azərbaycanı" mövzusunda beynəlxalq elmi konfransı keçirilib

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, millət vəkili Rizvan Nəbiyev və Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsinin öyrənilməsinin müasir Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, konfrans uzun illərdir Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin elmi əsaslarla tədqiqinə xidmət edir və 2024-cü ildən etibarən “Yeni dövrün Azərbaycanı” şüarı altında fəaliyyətini davam etdirir.

A. Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın yeni inkişaf mərhələsi ilə bağlı müəyyən etdiyi strateji hədəflər ali təhsil müəssisələrinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. O, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni geosiyasireallıqlar, bütöv və güclü Azərbaycan konsepsiyası kimi məsələlərin konfransın əsas müzakirə mövzularından olduğunu diqqətə çatdırıb.

Rektor, həmçinin konfransın beynəlxalq və regional miqyasda genişləndirildiyini, son illərdə “Yeni dövrünAzərbaycanı” mövzusunda minlərlə məktəbli və gəncin iştirakı ilə seminarların keçirildiyini, eləce dəxarici ölkələrdə “Azərbaycan – etibarlı tərəfdaş” mövzusunda seminar və təqdimatların təşkil olunduğunu vurğulayıb.

Çıxışının sonunda A. Nağıyev Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının bu gün də dövlətçiliyin əsas dayağı olduğunu qeyd edərək, gənc nəslin milli dəyərlərə sadiq vətəndaşlar kimi formalaşdırılmasının ali təhsil müəssisələrinin əsas missiyalarından biri olduğunu bildirib.

Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında qeyd edib ki, tələbələri bu yeni dövrün reallıqları barədə məlumatlandırmaq və onlara Heydər Əliyev irsini dərindən aşılamaqgünümüzün ən mühüm vəzifələrindən biridir.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Mahirə Hüseynova bölmə iclaslarının əhəmiyyətinə toxunaraq, bu müzakirələrin Ulu Öndərin zəngin irsinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs edərək Heydər Əliyev irsini "dərin birdəryaya" bənzədib və bu dahi şəxsiyyətin dövlətçilik fəlsəfəsinin milli tərəqqinin sarsılmaz təməli olduğunu vurğulayıb.

Millət vəkili Rizvan Nəbiyev isə Ulu Öndərin ölkəninən çətin dövrlərində qəbul etdiyi strateji qərarlarıntarixi əhəmiyyətindən söz açıb. O, dahi şəxsiyyət tərəfindən qəbul edilən Konstitusiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün suveren Azərbaycan ərazilərində uğurla tətbiq olunduğunu qeyd edib.

Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməllərinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu dostluqəlaqələrinin sarsılmaz və əbədi xarakter aldığını vurğulayıb.

Konfransda videomüraciəti nümayiş olunan Qazi Universitetinin rektoru Uğur Ünal Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, dahi rəhbərin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi böyük önəmi xüsusi vurğulayıb.

Rəsmi hissə bitəndən sonra tədbir bədii hissə ilə davam edib.

Əlaqəli Xəbərlər