Menyu

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 150 min manat yaxın ziyan vurulub

Operativ Media
Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 150 min manat yaxın ziyan vurulub

Azərbaycanda ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərlərində, həmçinin Zaqatala, Qax və Qəbələ rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhərinin Xətai (Xudu Məmmədov küçəsi, 22 və Nəcəfqulu Rəfiyev küçəsi, 1176-cı məhəllə), Yasamal (Həsən bəy Zərdabi küçəsi, 3166-cı məhəllə), Nəsimi (Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsi) və Xəzər (Şağan qəsəbəsi) rayonlarında, habelə Gəncə şəhəri, Zaqatala (Əliabad qəsəbəsi), Qax (Əlibəyli kəndi) və Qəbələ (Tüntül kəndi və Nic qəsəbəsi) rayonlarında yaşıllıqlara külli miqdarda ziyan vurulduğu müəyyən edilib.

Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Əlaqəli Xəbərlər