Suraxanı rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb
Operativ Media
Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb.
Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.