Menyu

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Operativ Media
Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlərin təşkilində fəal iştirak edir.

Bu barədə Operativ Media-ya Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçirib.

Yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə qalxmaqla yekunlaşıb.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib.

Ağır hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, yürüş iştirakçıları qarşıya qoyulan məqsədə uğurla nail olub, Ümummilli Liderin ideyalarına sədaqət və dövlətçiliyimizə bağlılıqlarını nümayiş etdiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər