Menyu

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 5 medal qazandılar

Operativ Media
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 5 medal qazandılar

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.

Operativ Media xəbər verir ki, ilk yarış günündə milli komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.

Mükafatların üçü -66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (-60 kq) və Rüfət Şövlətov (-73 kq) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medalların əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər