"Qalatasaray" Türkiyə Super Liqasında ardıcıl 4-cü dəfə çempion oldu
Operativ Media
"Qalatasaray" 2025/2026 mövsümünün T Super Liqası çempionu oldu.
Operativ Media xəbər verir ki, liqanın 33-cü həftəsində öz meydanında "Antalyaspor"u qəbul edən "sarı-qırmızılılar", iki dəfə hesabda geri düşmələrinə baxmayaraq, meydandan 4:2 hesablı qələbə ilə ayrılaraq çempionluğu sona bir tur qalmış təmin etdilər.
Okan Burukun rəhbərliyi altında ardıcıl dördüncü çempionluğunu qazanan "Qalatasaray", ümumilikdə isə 26-cı dəfə zirvənin sahibi oldu.