Menyu

"Vest Hem" Mateuş Fernandeş üçün 100 milyon tələb edir

Operativ Media
"Vest Hem" Mateuş Fernandeş üçün 100 milyon tələb edir

“Vest Hem” yarımüdafiəçi Mateuş Fernandeşi transfer etmək istəyən klublardan təxminən 100 milyon avro tələb edir.

Operativ Media xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, bu məbləğ “çəkicvuranlar”ın 2025-ci ilin yayında 21 yaşlı portuqaliyalı futbolçunun transfer hüquqları üçün ödədikləri qiymətdən iki dəfə çoxdur. Yarımmüdafiə xəttini gücləndirmək yolları axtaran “Mançester Yunayted” portuqaliyalı oyunçu ilə yaxından maraqlanır. “Vest Hem”in yüksək divizionu tərk etmək riski olsa da, futbolçunun böyük ehtimalla elitada qalacağı gözlənilir.

Fernandeş 2025-ci ilin avqust ayından London təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Yarımüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 40 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı oyunçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər