Menyu

Azərbaycan şahmatçıları Astanada medallar uğrunda mübarizə aparacaq

Operativ Media
Azərbaycan şahmatçıları Astanada medallar uğrunda mübarizə aparacaq

Azərbaycan təmsilçiləri Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionatda iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasından Operativ Media-ya verilən məlumata görə, mayın 14-dən 17-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edəcək.

Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcək. Komandanın kapitanı Qədir Hüseynov olacaq.

Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.

Turnirdə eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova təmsil edəcək.

Reqlamentə əsasən 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.

Əlaqəli Xəbərlər