Menyu

Klaudio Ranieri İtaliya milli komandasına rəhbərlik etməyə hazır olduğunu açıqlayıb

Operativ Media
Klaudio Ranieri İtaliya milli komandasına rəhbərlik etməyə hazır olduğunu açıqlayıb

İtaliyalı tanınmış mütəxəssis Klaudio Ranieri milli komandanı çalışdırmağa müsbət yanaşdığını bildirib.

Operativ Media xəbər verir ki, "Sky Sport"a müsahibə verən 74 yaşlı məşqçi, hazırda azad agent olduğunu və ölkəsindən gələcək təklifi geri çevirməyəcəyini vurğulayıb.

Ranieri əvvəllər bu təklifə "yox" deməsinin səbəbini həmin vaxt "Roma" klubunda çalışması və iki vəzifəni eyni anda icra etməyin mümkünsüzlüyü ilə əsaslandırıb. Təcrübəli mütəxəssis qeyd edib ki, vətənindən dəvət alarkən şərt qoymadan "bəli" demək lazımdır.

Qeyd edək ki, Ranieri 2025-ci ilin iyulundan bəri çalışdığı "Roma"nın idarə heyətinin məsləhətçisi postundan bu ilin aprel ayında ayrılıb. Karyerası ərzində "Lester"lə İngiltərə çempionluğu yaşayan məşqçi, "Çelsi", "Yuventus", "İnter", "Atletiko" və "Valensiya" kimi nəhəng klublarla yanaşı, Yunanıstan millisinə də rəhbərlik edib.

İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq turnirdən kənarda qalıb. Bu uğursuzluqdan sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsindən azad edilib və hazırda komandanın sükanı boşdur.

Əlaqəli Xəbərlər