Menyu

Ronaldo "Əl-Hilal"la oyundan əvvəl "Əl-Nəsr" azarkeşlərinə müraciət edib

Operativ Media
Ronaldo "Əl-Hilal"la oyundan əvvəl "Əl-Nəsr" azarkeşlərinə müraciət edib

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 32-ci turu çərçivəsində "Əl-Hilal"a qarşı keçiriləcək oyundan əvvəl komandanın azarkeşlərinə müraciət edib.

Operativ Media xəbər verir ki, matç mayın 12-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Ronaldo sosial şəbəkə hesabında bu sözləri yazıb:

"Sizin dəstəyiniz hər həftə bizə ilham verib. Stadionda, evdə və dünyanın hər yerində... Bu enerji meydanda bizimlədir. Gəlin elə edək ki, həmin enerji bəhrəsini versin. Bizim üçün. Sizin üçün. «Əl-Nəsr» üçün. Görüşənədək!".

"Əl-Nəsr" 82 xalla turnir cədvəlinə başçılıq edir və ehtiyatda bir oyunu olan "Əl-Hilal"ı 5 xal qabaqlayır. Qələbə qazanacağı təqdirdə "Əl-Nəsr" çempion olacaq. Bu qızıl medal Ronaldo üçün Səudiyyə Ərəbistanında ilk çempionluq ola bilər.

Əlaqəli Xəbərlər