Menyu

Flik: "Tezliklə "Barselona" ilə yeni müqavilə imzalayacağam"

Operativ Media
Flik: "Tezliklə "Barselona" ilə yeni müqavilə imzalayacağam"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında müqaviləsini 2027/28 mövsümünün sonuna qədər uzadacağını bəyan edib.

Operativ Media xəbər verir ki, hazırkı müqavilənin müddəti 2026/27 mövsümünün sonunda bitir.

"Mən çox xoşbəxtəm, tezliklə "Barselona" ilə yeni müqavilə imzalayacağam. İşimizə 2028-ci ilin yayına qədər davam edəcəyik, hər şey yolunda getsə, əməkdaşlığı daha bir mövsüm artırmaq barədə qərar verəcəyik. Doğru yerdəyəm", — deyə Flik bildirib.

61 yaşlı alman mütəxəssis 2024-cü ilin may ayında "Barselona"nın sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu, bir dəfə isə İspaniya Kubokunu qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər