Menyu

Dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb

Operativ Media
Dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb
1 dəq oxu

Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.

Operativ Media xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər