Bütün avtobuslar və taksilər metropolitenə birləşdirilir? – Rəsmi
Operativ Media
“Bakı Metropoliteni” QSC-nin “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir.
Operativ Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə və ATV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir: “BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. “Bakı Taksi” isə sərnişinlərimizin “London taksisi” adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net