Menyu

ABŞ İraq millisinin 5 futbolçusuna viza vermədi

Operativ Media
ABŞ İraq millisinin 5 futbolçusuna viza vermədi

İraq milli komandasının beş futbolçusu 2026-cı il dünya çempionatında iştirak etmək üçün Amerika vizası ala bilməyib.

Operativ Media xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının nümayəndəsi Qaleb əl-Zameli “Shafaq News” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, İbrahim Bayeş, Mohannad Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Hamadiyə ABŞ-yə giriş icazəsinin verilməməsinin səbəbi məlum deyil. Federasiya rəsmisi qeyd edib ki, təşkilat problemin operativ həlli üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) müraciət etmək niyyətindədir. O, həmçinin viza ala bilməyən futbolçuların milli komandanın əsas oyunçuları olduğunu vurğulayıb.

2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

İraq millisi qrup mərhələsində Fransa, Norveç və Seneqal yığmaları ilə qarşılaşmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər