Ana səhifə / Ölkə / Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 13.05.2026, 16:20 Operativ Media Azərbaycanın bəzi bölgələrində mayın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.