Menyu

PSJ Federiko Valverdeni heyətinə qatmaq istəyir

Operativ Media
PSJ Federiko Valverdeni heyətinə qatmaq istəyir

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde PSJ-nin maraq dairəsinə düşüb.

Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Markos Benito məlumat yayıb.

Mənbə qeyd edir ki, parislilər artıq 27 yaşlı futbolçunun ətrafı ilə əlaqə saxlayıblar. Lakin jurnalistin sözlərinə görə, bu, Valverdenin "Real"dan ayrılmaq istəyi və ya klubun ona yeni komanda tapmaq barədə eyham vurması mənasına gəlmir.

Bundan əvvəl Valverdenin məşq zamanı komanda yoldaşı Orelyen Tçuameni ilə əlbəyaxa dava etdiyi məlum olmuşdu. Qarşıdurma nəticəsində uruqvaylı yarımmüdafiəçi kəllə-beyin travması alıb. "Real" hər iki oyunçunu 500 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, Valverde 2018-ci ildən "Real Madrid"in əsas komandasında çıxış edir. Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 48 oyuna çıxaraq 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Əlaqəli Xəbərlər