Bəzi kəndlərə dolu düşüb - Faktiki hava - YENİLƏNİB
Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.
Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.
18:08
Şərur rayonunun Axura kəndinə dolu yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Operativ Media-ya bildirilib ki, müşahidələrə əsasən, yağan dolu dənələrinin diametri 5 millimetr təşkil edib.
Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin həftə sonunadək fasilələrlə müşahidə olunacağı gözlənilir.
Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.