Menyu

569 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb - VİDEO

Operativ Media
569 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb - VİDEO

Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.

Operativ Media xəbər verir ki, avtobusun dayanacağa 40 dəqiqəyə gəlməsi sərnişinləri özündən çıxarıb.

Avtobusa daxil olan sərnişinlər buna görə sürücüyə etiraz ediblər.

Sürücü isə bir müddət avtobusu idarə etməkdən imtina edib və nəqliyyat vasitəsini yol kənarında saxlayıb.

Sərnişinlər isə gecikməyə etiraz edərək vəziyyətdən təngə gəldiklərini bildiriblər.

Əlaqəli Xəbərlər