Menyu

“Roma” Donyell Malenin transfer hüquqlarını birdəfəlik aldı

Operativ Media
“Roma” Donyell Malenin transfer hüquqlarını birdəfəlik aldı

"Roma" hücumçu Donyell Malenin transfer hüquqlarını "Aston Villa"dan almaq bəndini aktivləşdirib.

Operativ Media xəbər verir ki, Roma klubu 27 yaşlı niderlandlı futbolçu üçün 25 milyon avro ödəyəcək. "Roma" avrokuboklara vəsiqə qazandığı üçün bu bənd avtomatik olaraq qüvvəyə minib.

Qeyd edək ki, Malen yanvar ayında icarə əsasında "Roma"ya qoşulub. O, Seriya A-da keçirdiyi 16 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda "Roma" Seriya A-nın turnir cədvəlində 36 turdan sonra 5-ci pillədə qərarlaşıb.

Niderland millisinin üzvü olan futbolçu əvvəllər Dortmund "Borussiya"sı və PSV-də, həmçinin "Arsenal" və "Ayaks"ın gənclər komandalarında çıxış edib.

Əlaqəli Xəbərlər