Menyu

20 yaşlı rusiyalı yarımmüdafiəçi Avropa klublarının "radar"ında

Operativ Media
20 yaşlı rusiyalı yarımmüdafiəçi Avropa klublarının "radar"ında

İngiltərə Premyer Liqasının iki klubu və Fransanın "PSJ" təmsilçisi ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyakı transfer etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda İnsayder Nikolo Skira məlumat yayıb.

Mənbə bildirir ki, 20 yaşlı Kislyak 2024-cü ilin yanvarından bəri "ordu klubu"nun əsas heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədər qüvvədədir. Gənc futbolçu 2025/26 mövsümündə meydana çıxdığı 41 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Bir müddət əvvəl ÇSKA-nın baş məşqçisi vəzifəsini icra edən Dmitri İqdisamov Kislyakı Rusiyanın ən yaxşı yarımmüdafiəçilərindən biri adlandırıb.

Əlaqəli Xəbərlər