Menyu

Deşam PSJ-nin qapıçısı Şevalyeni Fransa millisinə çağırmamasının səbəbini açıqlayıb

Operativ Media
Deşam PSJ-nin qapıçısı Şevalyeni Fransa millisinə çağırmamasının səbəbini açıqlayıb

Fransa millisinin baş məşqçisi Didye Deşam "PSJ"nin qapıçısı Lüka Şevalyenin 2026-cı il dünya çempionatı üçün yığmaya dəvət almamasının səbəbini açıqlayıb.

Operativ Media xəbər verir ki, komandaya onun əvəzinə "Lans"ın qolkiperi Roben Risser çağırılıb.

"Üçüncü qapıçının rolu spesifikdir, lakin əsas meyar idman nəticələridir. Uzun müddətdir bizimlə olan Lüka Şevalyenin məyusluğunu anlayıram, lakin o, artıq bir neçə aydır ki, oynamır. Mart ayında onunla əlaqə saxlamışdım və oyun təcrübəsi qazanacağına ümid edirdim. Təəssüf ki, imkanı olsa da, o, meydana çıxmadı", — deyə Deşamın sözlərini "L'Equipe" nəşri sitat gətirib.

Qeyd edək ki, "PSJ"nin baş məşqçisi Luis Enrikenin rusiyalı qapıçı Matvey Safonova üstünlük verməsi səbəbindən Şevalye heyətdəki yerini itirib.

Dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək. Fransa millisi I qrupunda Seneqal (16 iyun), İraq (22 iyun) və Norveç (26 iyun) komandaları ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər