Menyu

UFC-nin Bakıda təşkil edəcəyi döyüş gecəsi üçün ən ucuz və ən bahalı biletin qiyməti bilindi - FOTO

Operativ Media
UFC-nin Bakıda təşkil edəcəyi döyüş gecəsi üçün ən ucuz və ən  bahalı biletin qiyməti bilindi - FOTO

Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC-nin iyunun 27-də Bakıda keçirəcəyi "UFC Fight Night" turnirinin biletləri artıq rəsmən satışa çıxarılıb.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışı canlı izləmək istəyən azarkeşlər üçün müxtəlif qiymət kateqoriyalarında biletlər təqdim olunub.

Biletlərin qiyməti arenadakı yerlərdən və təqdim olunan imkanlardan asılı olaraq 50 manatdan başlayaraq 2200 manata qədər dəyişir.

Xatırladaq ki, gecənin əsas döyüşündə həmyerlimiz Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşacaq. Turnirdə həmçinin Şara Maqomedov, Nazim Sadıxov, Fərman Həsənov da çıxış edəcək.


Əlaqəli Xəbərlər