Bu gün Azərbaycan 1-ci Liqasında 26-cı tura yekun vurulacaq.
Operativ Media xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutacaq.
"Baku Sportinq" "Zaqatala"nı, "Mingəçevir" MOİK-i, "Səbail" "Şahdağ Qusar"ı, "Şəfa" isə "Cəbrayıl"ı qonaq edəcək.
Qeyd edək ki, hazırda "Şəfa" 54 xalla turnir cədvəlinə başçılıq edir. "Səbail" 49 xalla 2-ci, "Mingəçevir" və "Baku Sportinq" isə 45 xalla 3-4-cü yerləri bölüşürlər.