Menyu

Rodri "Mançester Siti" ilə müqaviləni uzatmağa yaxındır

Operativ Media
Rodri "Mançester Siti" ilə müqaviləni uzatmağa yaxındır

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri klubu ilə müqaviləni yeniləyə bilər.

Operativ Media xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 29 yaşlı ispan futbolçunun gələcəyi ilə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək. "Real Madrid"in oyunçuya marağını nəzərə alan "Siti" rəhbərliyi bu prosesi sürətləndirmək niyyətindədir.

Rodri 2019-cu ilin iyul ayından "Mançester Siti"də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Sözügedən sənəd sonuncu dəfə 2022-ci ilin iyulunda yenilənib.

2025/26 mövsümündə keçirdiyi 31 matçda Rodri iki qol vurub. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 65 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər