Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək
Operativ Media
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.
Bu barədə Operativ Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləritətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsizhərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksəkstandartlar səviyyəsində qorunmasıdır.
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkiliməqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasındafasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.
Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarınınşəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.
İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:
• A1 | 28 May
• A2 | Nərimanov
• A3 | İzmir
• A4 | Şıx
• A5 | İçərişəhər
• A6 | Sea Breeze
Eyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən “Airport Express” (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlumetrostansiyalarından Heydər Əliyev Beynəlxalq AeroportununTerminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsizfəaliyyətini davam etdirir.
Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtındanən azı 2–3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədiləəvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsindəölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsizsərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətinidavam etdirir.