"Qarabağ" isveçli hücumçu ilə güclənir
Operativ Media
Kiprin “AEL Limassol” klubunda uğurlu çıxışı ilə diqqət çəkən və bu komandanın müqavilə hüquqlarını birdəfəlik almaq istədiyi hücumçu Zakariya Savonun karyerasını “Qarabağ”da davam etdirmək ehtimalı yaranıb.
Operativ Media xəbər verir ki, bu haqda Sportbladet.com saytı məlumat yayıb.
Mənbə bildirir ki, hazırda müqavilə ilə İsveçin “Yurqorden” klubuna məxsus olan və Kipr təmsilçisində icarə əsasında çıxış edən hücumçunun transferi barədə “Qarabağ” ilə İsveç klubu arasında son danışıqların aparıldığı bildirilir.
26 yaşlı hücumçu bu mövsüm "AEL Limassol"un heyətində 22 oyuna çıxıb, 10 qol vurub və 1 assist etməyi bacarıb.