Menyu

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar

Operativ Media
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
1 dəq oxu

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Operativ Media xəbər verir ki, yarışın son günündə U 15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib. Cəfər Almədədli isə U 11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.

Əlaqəli Xəbərlər