Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır - FAKTİKİ HAVA
Operativ Media
Mayın 17-i saat 09:30-a olan faktiki hava açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.