Azərbaycan şahmatçıları türkdilli ölkələrin çempionatını 3 medalla başa vurdu
Operativ Media
Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycan şahmatçıları yarışda uğurlu çıxış edərək 2 qızıl və 1 bürünc medal qazanıblar.
Qadınlardan ibarət Azərbaycan komandası (kapitan İlahə Qədimova; Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova) 10 xal toplayaraq qızıl medal əldə edib.
Azərbaycanın U-16 komandası (kapitan Fərid Abbasov; Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə, Lalə Hüseynova) da 10 xal toplayaraq qızıl medala sahib çıxıb.
Kişilərdən ibarət Azərbaycan komandası isə (Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Murad İbrahimli) 7 xalla bürünc medal qazanıb.