Menyu

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medalını qazanıb

Operativ Media
Azərbaycan atıcısı Avropa çempionatında bürünc medalını qazanıb
1 dəq oxu

Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan Azərbaycan atıcısı İslam Əjdərov fəxri kürsüyə qalxıb.

Operativ Media xəbər verir ki, o, U-18 yaşadək idmançıların yarışının yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Rəqibini üstələyən atıcı bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər