Menyu

"Çelsi" və "Liverpul" niderlandlı qapıçı ilə maraqlanır

Operativ Media
"Çelsi" və "Liverpul" niderlandlı qapıçı ilə maraqlanır

"Çelsi" və "Liverpul" "Sanderlend"in qapıçısı Robin Rufsu transfer etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "NEK Neymeqen"dən transfer olunan 23 yaşlı niderlandlı qapıçı 2025/26 mövsümündəki çıxışı ilə böyük təəssürat yaradıb. "Sanderlend" bu keçid üçün təxminən 10 milyon avro ödəsə də, hazırda qapıçının transfer qiyməti yaxın 60 milyon avro civarında qiymətləndirilir.

"Liverpul" Alisona uzunmüddətli əvəzləyici axtarır, "Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso isə Robert Sançesin yerinə yeni birinci nömrə tapmaq niyyətindədir.

Rufsu 2025-ci ilin avqust ayından "Sanderlend"də çıxış edir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədərdir.

Qapıçı 2025/26 mövsümündə keçirdiyi 36 oyunda 46 qol buraxıb, 11 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər